“Seltik”in oyununda həyacanlı anlar

11 Dekabr 2017 15:38 (UTC+04:00)

Şotlandiyanın “Seltik” futbol komandasının səfər matçında həyəcanlı anlar yaşanıb.

Publika.az xəbər verir ki, “Seltik” – “Hiberniyans” matçında şotlandiyalı azarkeşlər “Qüds Fələstinindir” yazılı pankart açıblar.

Seltik azarkeşləri pankartı Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi və ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi qərarına etiraz olaraq qaldırıblar.

Zümrüd