Rusiya Tartusdakı dəniz bazasını genişləndirir

13 Dekabr 2017 14:47 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasının genişləndirilməsi ilə bağlı müqaviləni Dövlət Dumasına təqdim edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Rusiya ilə Suriya arasında imzalanan 49 illik razılaşmada hərbi-dəniz bazasının genişləndirilməsi nəzərdə tutulur.

Ömər