Dörd futbolçu "Neftçi"dən ayrılır

14 Dekabr 2017 12:06 (UTC+04:00)

Qış fasiləsində "Neftçi" klubunun 4 futbolçusu komandadan ayrılacaq.

Publika.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Orxan Hüsyenzadə jurnalistlərlə söhbətində məlumat verib.

O bildirib ki, müdafiəçilər Rahil Məmmədovla Məqsəd İsayev və yarımmüdafiəçilər Tərzin Canahgirov, Fəhmin Muradbəyli özlərinə yeni komanda tapmalı olacaqlar.

Futbolçuların taleyi və onların yerinə gələcək oyunçular haqqında isə sabahkı “Neftçi” – “Zirə” matçından sonra rəsmi məlumat yayımlanacaq.

Zümrüd