Ərdoğana sui-qəsd planı: 9 nəfər həbs edildi

17 Dekabr 2017 16:49 (UTC+04:00)

Yunanıstanın paytaxtı Afina şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə hazırlaşan 9 nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “To Vima” qəzeti informasiya yayıb.

Məlumata görə, yunan polisinin uğurlu əməliyyatı nəticəsində basğın edilmiş evlərdən birində Ərdoğana qumbaraatan, əl qumbarası və Molotov kokteylləri ilə sui-qəsd təşkil etmək barədə qeydlər tapılıb. “Əqrəb” kod adlı plana əsasən prezident kortejinin keçidi zamanı 2 tərəfdən qumbaraatanlarla hücum edilməsi, daha sonra isə hücuma arxadan dəstək verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, saxlanılan 9 nəfərin DHKP-C təşkilatının üzvləri olduqları bildirilib.