"Neftçi" qapıçı axtarır

18 Dekabr 2017 12:45 (UTC+04:00)

"Neftçi" klubu komandadan gedişi gözlənilən Maksim Vaylonun əvəzinə yeni qapıçı axtarışlarına başlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Kubokunda bəxti gətirməyən komandanın ilk hədəfi hazırda "Qəbələ"də çıxış edən Aqil Məmmədovun geri qaytarılmasıdır.

A.Məmmədov “Qəbələ”də oyun praktikası baxımından əziyyət çəkdiyini və buna görə komandadan ayrılmaq istədiyini bildirib.

“Neftçi” isə 2015-2016 mövsümündə də "ağ-qara" formanı geyinən futbolçunu geri qaytarmaqla qapıçı mövqeyində rəqabət yaratmaq istəyir.

Zümrüd