Qusarda meşədə çürümüş kişi meyiti tapıldı

18 Dekabr 2017 17:40 (UTC+04:00)

Qusar rayonu ərazisində meşədə çürümüş kişi meyiti tapılıb.

Rayonun Mucuq kəndi ərazisində meşə massivində meyiti aşkarlanan şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu ehtimal edilir.

Onun bir neçə ay öncə öldüyü təxmin olunur.

Meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən işlər davam etdirilir.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır. (apa)