Rauf Əliyev Azərbaycana qayıdır: Albanlarla dil tapa bilmədi

19 Dekabr 2017 13:22 (UTC+04:00)

Millimizin sabiq üzvü Rauf Əliyev Albaniyanın "Kukesi" klubundan ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə "Panama sport" saytı məlumat yayıb.

R.Əliyev Albaniya təmsilçisində dil baxımından problem yaşayıb. Yanız türk dilində danışa bilməsi R.Əliyevin məşqçilər heyəti və komanda yoldaşları ilə ünsiyyət qurmasında problem yaradıb, buna görə də öz razılığı ilə müqaviləsinə xitam verilib.

Futbolçunun karyerasını Azərbaycanda davam etdirmək istədiyi iddia olunur.

Zümrüd