Bakıda QƏZA: Sərnişin avtobusu minik avtomobili ilə toqquşdu - FOTOLAR

19 Dekabr 2017 19:49 (UTC+04:00)

Nəsimi rayonunda "Dədə Qorqud" parkı yaxınlığında sərnişin avtobusu qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, minik avtomobili ilə toqquşma nəticəsində avtobusun qabaq hissəsi yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alanlar barədə hələ ki, məlumat verilmir.

Pərviz Hüseyn