Bitkoin kəskin ucuzlaşdı

20 Dekabr 2017 12:02 (UTC+04:00)

Virtual kriptovalyuta kimi tanınan bitkoinin məzənnəsi bu gün 12%-ə qədər ucuzlaşıb.

Gün ərzində bitkoin məzənnəsinin sürətlə azalması valyuta bazarında ciddi narahatlıqlara səbəb olur.

Publika.az xəbər verir ki, 20 dekabr üçün kriptovalyutının dəyəri 13,8 faizdə azalaraq, 16753 dollara enib. Hazırda bitkoin bazarının ümumi kapitallaşdırılması 274,7 milyard dollar təşkil edir.

Sürətlə ucuzlaşan bitkoin kapitalının qorunması üçün alternativ üsullar axtarılır. Analitiklərin proqnozlarına görə, belə gedərsə, bitkoinin qiymətləri daha da ucuzlaşacaq.

Könül Cəfərli