25 yaşlı qız özü ilə yaşıd embriondan uşaq DÜNYAYA GƏTİRDİ - VİDEO

20 Dekabr 2017 19:12 (UTC+04:00)

25 yaşlı qız 25 ildir dondurulmuş embrionla hamilə qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Tenessee əyalətində baş verib.

Tina Gibson adlı 25 yaşlı qadının uşaqlığına 1992-ci ildə, yəni 25 il əvvəl dondurulan embrion yerləşdirilib. Nəticədə qadın hamilə qalıb və uşaq dünyaya gətirib.

T.Gibson embrionu Milli Embrion Mərkəzindən alıb və embrionun özü ilə yaşıd olduğunu öyrənəndə şok keçirib.

Uşağı Emma dünyaya gələndən sonra CNN-ə açıqlamasında T.Gibson embrionla eyni yaşıd olmasının çox təəccüblü olduğunu deyib:

“Biz embrionla eyni yaşıdıq. Bəlkə də, biz yaxşı dost ola bilərdik”.

Qeyd edək ki, Emma uğurlu hamiləlik və doğumla dünyaya gələn ən qədim embrion rekordunu yeniləyib. Daha öncə bu rekord 20 illik bir embriona aid idi.

Doğumdan sonra 26 yaşı olan T.Gibson isə dünya rekordu yeniləməkdən çox uşaq sahibi olmaq istədiyini deyib:

“Mənim üçün əsas məsələ bir uşaq sahibi olmaq idi, rekord olub-olmamasının heç bir əhəmiyyəti yoxdur.
Embrion nəqlini həyata keçirən Cefferi Keenan Emmanın hekayəsinin embrionlarını donor bankına vermək istəyənlər üçün bir nümunə ola biləcəyini deyib.