Əfsanəvi futbolçu KRAL OLDU - FOTO

20 Dekabr 2017 21:44 (UTC+04:00)

Ötənlərin məşhur futbolçusu, “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri bütün dünyada olduğu kimi, Afrikada da populyarlıq qazanıb.

Publika.az xəbər verir ki, “Guinness Nigeria” tədbirinə dəvət olunan əfsanəvi futbolçu bu ölkədə əsl hökmdar kimi qarşılanıb.

“Arsenal”ın tarixində ən yaxşı bombardir kimi iz qoyan Tyerriyə burada tacqoyma mərasimi düzənlənib. Xüsusi paltar geyinən Anri “Igwe” (Kral) tituluna layiq görülüb.

Pərviz