İnstitutda QƏZA - Xəsarət alanlar var

21 Dekabr 2017 23:22 (UTC+04:00)

Samux rayonunda avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində baş verib.

Belə ki, idarəetmədən çıxan avtomobilin maneəyə çırpılması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan biri - İnstitut qəsəbə sakini, 1958-ci il təvəllüdlü Həqiqət Həsənxan qızı Eminova xəstəxanaya yerləşdirilib, digər yaralıya ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.