Masazır işıqsız qalacaq

22 Dekabr 2017 10:21 (UTC+04:00)

Dekabrın 22-si saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq”ASC-dən Publika.az-a verilən məlumata görə, buna səbəb 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləridir.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir