Sarayda 4-cü Fatih dövrü

22 Dekabr 2017 12:07 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” klubu 2,5 illik müqavilə imzalayan baş məşqçi Fatih Terimin klubun prezidenti Dursun Özberk və onun heyəti ilə apardığı müzakirələrin detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, təcrübəli məşqçi maaş mövzusunda heç bir şey tələb etməyib və “Mən Qalatasaray”la pul haqqında danışmaram” deyib.

Prezident D.Özberk baş məşqçiyə qış fasiləsində vəzifəsinə başlamasını təklif edib. F.Terim isə “Göztəpə” ilə qarşılaşmada komandasının başında olacağını bildirib. O, “Qalatasaray”ın artıq 1 xal itirməsinə belə dözə bilmədiyini deyib.

Bu arada, Fatih Terimin dünən gecə saat 23:00-da atdığı “Harada qalmışdıq, Qalatasaray” tviti Türkiyədə ən çox bəyənilən və paylaşılan tvit olub. Klubun rəsmi hesabı isə UEFA Avropa Kubokunun fotosunu paylaşaraq “Burada qalmışdıq, hocam” yazıb.

Zümrüd