Toy karvanında DƏHŞƏTLİ QƏZA: 11 ölü

24 Dekabr 2017 19:35 (UTC+04:00)

Nigeriyanın Kano şəhərində toyu olan gəlini və onun rəfiqələrini daşıyan avtomobil qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 11 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Ölənlərin 8-i hadisə yerində, 4-ü isə daha sonra xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata əsasən, qəzaya səbəb yüksək sürət olub.