Rafetin qızı yaşda olan sevgilisi ilə GÖRÜNTÜLƏRİ YAYILDI – FOTO

25 Dekabr 2017 13:54 (UTC+04:00)

Məşhur müğənni Rafet El Roman haqda maraqlı iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, daha öncə də İstanbul gecələrində bir çox gözəllə paparatsilərə tuş gələn sənətçinin 21 yaşlı Semra adlı xanımla eşq yaşadığı deyilib.

Qısa müddət öncə cütlüyün ilk şəkilləri də sosial şəbəkədə yayılmağa başlayıb. 49 yaşlı sənətçinin yeni sevgilisi ilə bir-birinə sarılmış fotoları cütlüyün xoşbəxtliyini gözlər önünə sərib. Qızlarıyla yaşıd olan gözəllə eşq yaşayan Romanın bu münasibəti haqda hansı açıqlaması verəcəyi isə maraqla gözlənilir.

Pərviz Hüseyn