Şakira və Pike bu vəziyyətdə YAXALANDI - FOTO

26 Dekabr 2017 13:45 (UTC+04:00)

Ayrıldıqları ilə bağlı xeyli xəbərlər çıxan Şakira və Jerar Pike cütlüyü birlikdə görüntülənib.

Publika.az xəbər verir ki, 7 ildir sevgili olan məşhur cütlük ötən gün Nyu-Yorkda fotoqrafların obyektivinə tuş gəlib.

Onlar iki övladı ilə Kennedi hava limanında paparatsilərə yaxalanıb.

Qeyd edək ki, Şakira və Pike 2010-cı ildə tanış olublar. Cütlüyün Milan və Saşa adlı iki oğlu var.

Pərviz Hüseyn