“Brent” neftinin bir barelinin qiyməti 67 dolları ötdü

27 Dekabr 2017 09:08 (UTC+04:00)

Londondakı ICE birjasında hərraclarda 2018-ci ilin fevral ayı üçün tədarük edilən “Brent” markalı neftin fyuçers qiyməti 2,64 faiz artaraq bir barel üçün 67,02 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti sonuncu dəfə 2015-ci il mayın 18-də bir barel üçün 67 dollardan yuxarı olub.