Nazir cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə oldu - FOTO

27 Dekabr 2017 15:21 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.

Tikintilər aparılan ərazilərə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.