Bu universitetdə maaşlar artırılacaq

27 Dekabr 2017 18:08 (UTC+04:00)

Azərbaycan Dövlət Pedoqoji Universiteti əməkdaşlarının əmək haqqı artırılacaq.

Publika.az xəbər verir ki, bununla bağlı universitetin Elmi Şurasının bugünkü iclasında məlumat verilib.

İclasda bildirilib ki, yanvar ayının 1-dən universitet əməkdaşlarının əmək haqları 10 faiz artırılacaq.