Neymarın Pikeyə müsahibəsi: “Zərbə 2 sm kənara dəysəydi, karyeram bitmişdi”

29 Dekabr 2017 07:32 (UTC+04:00)

Dünyanın ən bahalı futbolçusu Neymar keçmiş komanda yoldaşı Cerard Pikeyə müsahibə verib.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu səmimi reportajında dünya çempionatındakı təcrübələrindən və gələcəyindən söhbət açıb.

O, DÇ-2014-də aldığı zədədən danışıb və 2 santimetr məsafə ilə iflic riskindən qurtulduğunu deyib:

“Yerə yıxılandan sonra ayaqlarımı hərəkət etdirə bilmədim. Həkim məni aparanda ağrıdan ağlayırdım. Çünki çox ağrı çəkirdim və heç nə hiss etdmirdim. Sonra mənə “sənə iki xəbərimiz var: birincisi, Dünya Çempionatını tamamlaya bilməyəcəksən, ikincisi, gəzə biləcəksən. Zərbə 2 sm kənara dəysəydi, karyeran bitmişdi” dedilər.

2002-ci il çempionatından söz açan ulduz braziliyalı Ronaldonu da xatırlayıb:

“Müdhiş bir saç modeli var idi. Mənim də saçlarım elə idi. Həm də tək mənim deyil, Braziliyada bütün uşaqların saçları elə kəsilmişdi. Hamımız Ronaldo kimi görünmək istəyirdik”.

Pikenin “Finaldayıq. İspaniya-Braziliya… Matç 3-3 bitir… Het-trik edirsən, amma kuboku biz qazanırıq. Varsanmı? Bax, finalda het-trik deyirəm” sualına Neymar belə cavab verib:

“Tərsi olsun. 3-3 bitsin. Het-triki sən et, sonunda kuboku biz alaq”.

Zümrüd