Müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vuruldu

31 Dekabr 2017 07:22 (UTC+04:00)

Bu il 41.360 müəllim diaqnostik qiymətləndirmədən keçib.

Publika.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib.

Beləliklə, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.

2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı müvafiq qaydada artırılıb. 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı isə 2018-ci il yanvarın 1-dən artırılacaq. (aznews.az)