Bayram günündə 52 yaşlı kişinin qanını tökdülər

1 Yanvar 2018 06:00 (UTC+04:00)

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Qarayeri qəsəbə sakini, 1960-cı il təvəllüdlü Sərdar Həsənov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirlir.

İlkin məlumata görə, Sərdar Həsənov bıçaqlanan zaman sərxoş vəziyytdə olub. O Yeni il bayramı ilə bağlı yeyib-içib. Sərxoş olan kişi evinə gedən zaman naməlum şəxslə mübahisə edib. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov