Yevlaxda CİNAYƏT: Qız nişanlısı tərəfindən bıçaqlandı

1 Yanvar 2018 18:49 (UTC+04:00)

Yanvarın 1-nə keçən gecə Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. (report)