Yeni il axşamı 1031 avtomobil yandırıldı

2 Yanvar 2018 06:52 (UTC+04:00)

Fransada quldurlar Yeni il gecəsi 1031 avtomobili yandırıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri məlumat yayıb.

Qeyd edilir ki, polis qarışıqlıqların gedişində 510 nəfəri saxlayıb. Həmçinin bildirilir ki, Şampini-syur-Marn şəhərində quldurlar polis patruluna hücum ediblər. Asayiş keşikçiləri hücum edənlərdən 3-ü saxlamağa müvəffəq olublar. Digər cinayətkarların axtarışı davam edir.

Ötən Yeni il gecəsində isə 945 avtomobilə zərər dəymişdi və ya yandırılmışdı. "İz.ru" portalının məlumatına görə, Paris regionunda quldurlar 250-dən çox avtomobili yandırıblar. (report)