Tramp Ruhanini İrandakı aksiya iştirakçılarının ƏLİNDƏN QURTARDI

2 Yanvar 2018 10:20 (UTC+04:00)

Son günlər İranda baş verən kütləvi etirazlara münasibət bildirən ABŞ prezidenti Donald Tramp ölkədəki vəziyyəti daha da gərginləşdirib.

Publika.az xəbər verir ki, dünyada baş verən hadisələrə özünün Tvitter səhifəsindən münasibət bildirməyi sevən Tramp bu dəfə də İrandakı sosial etirazları dəstəkləyən tvitlərlər paylaşıb.

Sözügedən tvitlərdən sonra etirazçıların mövqeyi 180 dərcədə dəyişib. Belə ki, etirazçılar İran hakimiyyətinin əleyhinə çıxışlar etdikləri halda, bir anda ABŞ-a, xüsusilə də Donald Trampa qarşı şüarlar səsləndirməyə başlayıblar.

Xatırladaq ki, İranda dekabr ayının 28-dən küçələrə çıxan etirazçılar ölkədəki sosial duruma, korrupsiyaya etiraz edirlər. Aksiyada bu günə qədər 10-dan artıq mülki şəxs və bir polis əməkdaşı ölüb.

Könül Cəfərli