Ərdoğandan SƏRT BƏYANAT: "Daha mərhəmət göstərilməyəcək"

4 Yanvar 2018 09:09 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında dünya ölkələrinə ismarıc yollayıb.

Publika.az xəbər verir ki, ötən gün AKP-nin Sarıyer təşkilatında xüsusi çıxış edən Türkiyə prezidenti xalqa müraciət edərək, heç bir qüvvənin Türkiyəni parçalaya bilməyəcəyini vurğulayıb:

“Biz tək millətik ki, bizi bölmək və parçalamaq istəsələr də, buna nail ola bilmədilər. İstər kürdü, lazı, ərəbi, ələvisi, sünnisi olsun, fərq etməz, bizi bölə bilməyəcəklər. Tək bayrağımız var və onun rəngi şəhidlərimizin qanının rəngidir. Ay müstəqilliyimizin ifadəsi, ulduz isə şəhidlərimizin simvoludur".

Rəcəb Tayyib Ərdoğan FETÖ-dən də danışıb. O, Türkiyəyə rəqib dövlət yaratmaq istəyən Fətullah Gülən və tərəfdaşlarının ünvanına fikirlər səsləndirib: “Paralel dövlət yaratmaq istədilər, çevriliş etmək istədilər, bəs nəticə hanı? Haradadır o dövlətin başındakılar? Yarısı Pensilvaniyada, Almaniyada, yarısı da həbsxanalarda. Ölkənin dəyərli gəncləri, bu günə qədər hüquq çərçivəsində zəruri olan hər bir tədbir görülüb və görülməyə də davam edəcək. Bu günə qədər mərhəmət etmişik, daha mərhəmət göstərilməyəcək”.

Könül Cəfərli