İranda "İnstaqram" açıldı

5 Yanvar 2018 15:05 (UTC+04:00)

İranda “Instaqram”ın istifadəsinə qoyulan qadağa aradan qaldırıb.

Publika.az xəbər verir ki, hökümət ölkə ərazisində "İnstaqram"-ın istifadəsini aktivləşdirib.

“Teleqram” messencerinin istifadəsi isə hələ də deaktiv olaraq qalır. Ölkə ərazisindəki nümayişlərdən sonra belə bir təşəbbüsə gedən İran rejimi dünya mediasını təəccübləndirib.

Xatırladaq ki, ölkə ərazisində ötən il baş verən etiraz aksiyaları ilə əlaqədar olaraq, bir sıra sosial şəbəkələrin istifadəsi dayandırılmışdı. Məhdudiyyətlərin müvəqqəti olduğu irəli sürülsə də, bu günə qədər hələ də istifadə etmək mümkün deyil.

Könül Cəfərli