Cəlilabadda "Mercedes" 2 piyadanı vurdu

5 Yanvar 2018 23:39 (UTC+04:00)

Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, piyadalar "Mercedes" markalı minik avtomobili tərəfindən vurulub.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)