Ermənistanı gözləyən TƏHLÜKƏ, 2018-ci ildə DAĞLIQ QARABAĞ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

9 Yanvar 2018 20:00 (UTC+04:00)

ABŞ dövlət katibinin xüsusi müşaviri işləmiş Pol Qobl Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikirlərini bildirib. Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa qızışır. İsrail qırıcıları Suriya ordusuna növbəti zərbələr endirib. Ankara Suriya rejimini “Ən-Nüsrə” Cəbhəsi bəhanəsi ilə mülayim müxalifləri vurmaqda ittiham edib. Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb.

“2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mümkün olacağı şübhəlidir”. Bu barədə məşhur amerikalı politoloq, ABŞ dövlət katibinin xüsusi müşaviri işləmiş Pol Qobl deyib.

Onun sözlərinə görə, münaqişə bu gün ABŞ üçün maraq kəsb etmir: “Rusiya da həmçinin, problemin həllində maraqlı deyil. Rusiya hesab edir ki, indiki vəziyyət onun hədəfləri üçün daha əlverişlidir. Əlbəttə bu dəyişə bilər, lakin mən bu il də münaqişənin həllində çox az perspektiv görürəm”.

Heydər Əliyevlə Koçaryanın tarixi görüşünə qatılmış siyasətçidən ŞOK QARABAĞ ETİRAFI: Rusiya və ABŞ...

1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Ermənilər ASALA-nı DİRİLDİR: 600 min azərbaycanlı üçün BÖYÜK TƏHLÜKƏ

Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa qızışır. Fevral ayında Ermənistan parlament idarəetmə sisteminə keçəcək. Bundan sonra prezident institutu formal xarakter daşıyacaq.

Döyüş gələn ay başlayır - Ermənistanı gözləyən TƏHLÜKƏ

Suriya rejimi “Ən-Nüsrə” Cəbhəsi bəhanəsi ilə mülayim müxalifləri vurur. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Nümayiş etdirilən bu mövqe siyasi həll prosesini baltalaya bilər”, - nazir qeyd edib.

“Suriyada terror təşkilatının qurmaq istədiyi dəhlizin çökdürülməsinin zamanı gəlib”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.

Ərdoğan qeyd edib ki, Türkiyənin bütün sərhədlərində təhlükəsizliyi təmin edəcək proses başa çatdırılacaq.

Qeyd edək ki, Türkiyə prezidenti ötən həftə Fransa səfərindən qayıdan zaman verdiyi açıqlamasında Suriyanın şimalında bir terror dəhlizinin yaradılmasına heç zaman icazə verməyəcəklərini bildirmişdi.

“Nə PKK, nə də YPG bir şey edə bilər. Gücləri çatırsa, terror dəhlizi məsələsində irəli getsinlər. Terror dəhlizi olaraq düşündükləri yeri onlara məzar edərik. Bunda qərarlıyıq və bunu hər kəs biləcək”, - Türkiyə prezidenti söyləmişdi.

İsrail qırıcıları Suriya ordusuna növbəti zərbələr endirib. Qırıcılar paytaxt Dəməşq yaxınlığında yerləşən Kalamun bölgəsində Suriya ordusuna aid silah-sursat anbarını bombalayıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA isə ölkənin hava hücumundan müdafiə sistemlərinin İsrailə aid hərbi təyyarəni vurduğunu bildirib. Xəbərə görə, İsraildən atılan raketlər də məhv edilib.

Yeddi il əvvəl “Ərəb Baharı”nın başladığı Tunisdə etiraz aksiyaları keçirilir. Ən azı 10 şəhərdə küçələrə çıxan insanlar qiymətlərin və vergilərin artırılmasına etirazlarını bildiriblər.

Təhlükəsizlik güclərinin aksiyalara bibər qazı və təzyiqli su ilə müdaxilə etdiyi bildirilir. Qarşıdurmalarda 55 yaşındakı bir nəfər ölüb, onlarla yaralı var.

Dünya ŞOKDA: “Ərəb Baharı II” 7 il əvvəlki nöqtədə BAŞLADI - FOTOLAR

İranın ali dini lideri ayətulah Əli Xamanei ölkəsində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları ilə əlaqədar ABŞ prezidenti Donald Trampı təhdid edib. Ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə gələn dini lider burada din xadimləri və xalq kütlələri qarşısında dekabrın 28-də başlanan aksiyaların kənardan təşkil edildiyini bildirib.

“Ağlı yerində olmayan bu adam, bunun cavabsız qalmayacağını bilməlidir”, - dini lider deyib.

Xameneidən TƏHDİD: “Ağlı yerində olmayan bu adam bilməlidir ki...”

İranda aksiyalar dayansa da, baş verənlərin hədəfləri haqda müxtəlif versiyalar və proqnozlar irəli sürülür. Ən maraqlı proqnozlardan biri isə iranlı politoloq Kayhan Barzaqerin fikirləridir.

K.Barzaqer bildirib ki, İranda baş verən daxili gərginlik və bunun fonunda müşahidə olunan ABŞ-İran qarşıdurması Dağlıq Qarabağda müharibəyə səbəb ola bilər.

ABŞ İrandan sonra Qarabağda müharibə başladacaq və... - Farslar AÇIQLADI

Tokio 2019-cu ilin mayında çoxillik ərazi mübahisəsində irəliləyişə nail olmaq ümidilə Rusiya prezidenti Vladimir Putini Yaponiyaya dəvət etmək imkanına baxır. Bu haqda Yaponiya hökumətindəki mənbələr bildirib.

Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin dekabrında Yaponiyaya səfər öncəsi bu ölkənin “Nippon” televiziya şirkəti və “İomiuri” qəzetinə müsahibəsində Moskvanın Tokio ilə ərazi probleminin olmadığını deyib.

Putin əraziləri güzəşt edəcəkmi? - Problemin həlli 2019-cu ilə qaldı

Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb. Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.

Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir.

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı üçün Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində sanksiyaların yumşaldılması imkanına baxacaq. Bu haqda Cənubi Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ho Qyu Dok deyib.

Donbasda Ukrayna hərbiçilərinin sərəncamında artıq ABŞ-dan çatdırılan letal (ölümcül) silahlar var. “BellingCat” layihəsinin Şərqi Avropa və Avrasiya məsələləri üzrə aparıcı tədqiqatçısı Arik Toler bildirib.

Onun sözlərinə görə, Ukraynaya ölümcül silahların çatdırılması ətrafında yaranan səs-küy təəccüblü görünür.

Ölümcül təhlükə Rusiya sərhədlərində - Putin hücum ƏMRİ VERƏCƏKMİ?

Ömər Dağlı