Xırdalanda ərdən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL - YENİLƏNDİ

9 Yanvar 2018 19:01 (UTC+04:00)

Abşeron rayonunda törədilmiş qətllərlə bağlı bəzi detallar məlum olub.

APA-nın məlumatına görə, Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Elgün Rasim oğlu Ağahəsənov qısqanclıq zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə İsməmməd qızı Nadirovanı bıçaqlayaraq öldürüb.

Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.

***

Xırdalan şəhərində qətl hadisəsi baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. O, ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etmək istədiyini, qətli də məhz qısqanclıq zəminində törətdiyini boynuna alıb.

A.Nadirovanın həyat yoldaşından boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyi bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.