DİM müsahibə vaxtını açıqladı

15 Yanvar 2018 12:12 (UTC+04:00)

Dekabrın 15-də elan edilmiş ümumi müsahibə üzrə namizədlərlə müsahibələrin keçirilmə qrafiki elan olunub.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibədə* iştirak etmək üçün 62 namizəd müraciət edib.

DİM-in saytında qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinin tarixi və vaxtı barədə qrafiki təqdim olunub.

http://eservices.dim.gov.az/dqq/diger/UmMshQrafiki.aspx?c=32&e=55

Ümumi müsahibə – vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibədir.