Elmar Məmmədyarov Fransaya gedir

15 Yanvar 2018 19:02 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov 17-18 yanvar tarixlərində Fransada işgüzar səfərdə olacaq.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Fransadan olan həmkarı və digər rəsmi şəxslər, həmçinin YUNESKO-nun rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.