İsveçdə polis bölməsi yaxınlığında partlayış

18 Yanvar 2018 03:31 (UTC+04:00)

İsveçin Malmö şəhərində, polis bölməsi yaxınlığında partlayış olub.

Publika.az xəbər verir ki, hadisə yerində polis və təcili yardım əməkdaşları işləyir.

Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. KİV-in məlumatına görə, partlayış zamanı yaxınlıqdakı avtomobillərə zərər dəyib. Lakin onların içində adam olmayıb.

Partlayış üzrə ekspertlər bunun əl qumbarası olduğunu güman edirlər.