Canlı əfsanə xəstəxanaya yerləşdirildi

19 Yanvar 2018 17:22 (UTC+04:00)

Futbolun canlı əfsanələrindən olan Pele xəstəxanaya yerləşdirilib.

Publika.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, futbolçunun vəziyyəti dünən pisləşib.

Pelenin bir müddət həkim nəzarətində saxlanılacağı bildirilir.

Buna görə o, Britaniyanın Futbol Yazarlar Assosiasiyasının mükafatlandırma mərasiminə qatıla bilməyəcək.

Zümrüd