Sürücülərə XƏBƏRDARLIQ: axşam bu yollardan KEÇMƏYİN!

19 Yanvar 2018 19:12 (UTC+04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saatlarından yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri aparılacaq.

Agentlikdən Publika.az-a verilən məlumatda bildirilib ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Mehdi Hüseyn küçəsində, həmçinin Yasamal rayonu, Parlament prospektində üfüqi nişanlanma xətləri yenidən rənglənəcək.

"Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq"-deyə, Agentlikdən bildirilib.