Atasının pasportunu bu günə qoydu (FOTO)

2 İyun 2014 17:18 (UTC+04:00)

Cənubi Koreyada maraqlı bir hadisə baş verib.


ANS PRESS-in məlumatına görə, çinli bir iş adamı dörd yaşındakı oğlunun əməlinə görə çətin vəziyyətə düşüb. Balaca oğlanın atasının pasportuna cızma-qara çəkməsindən sonra çinli iş adamı Cənubi Koreyadan vətəninə qayıda bilməyib.


Cənubi Koreyaya tətilə gedən ailə gözləmədikləri bir kabusla qarşılaşıb. Atasının pasaportunu ələ keçirən 4 yaşındakı balaca pasportun ön səhifəsində öz yaradıcılığını göstərib.


Çarəsiz ata isə oğlunun bu hərəkətindən sonra aidiyyəti orqanlara müraciət edib və pasportunu yeniləyib.