Türkiyədə DƏHŞƏTLİ avtobus qəzası: 13 ölü, 42 yaralı - FOTOLAR

20 Yanvar 2018 09:26 (UTC+04:00)

Türkiyənin Əskişəhər şəhərində avtobusun qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, avtobus Ankaradan Bursa istiqamətində hərəkət edirmiş.

Hadisə yanvarın 20-də səhər saatlarında baş verib.

Qəzanın baş vermə səbəbi haqda hələ ki, məlumat yayılmayıb.