Türkiyədə GÖRÜNMƏMİŞ ETİRAZ - FOTO

21 Yanvar 2018 22:09 (UTC+04:00)

Türkiyə 1-ci divizionunun 18-ci turunda “Çaykur Rizespor”a 0:3 hesabıyla məğlub olan “Manisaspor”un futbolçuları rəhbərliyə qeyri-adi şəkildə etiraz bildirib.

Publika.az xəbər verir ki, manisalı futbolçular azarkeşlərin də tələbi ilə formalarını meydanda qoyub paltardəyişmə otağına yollanıblar.

Maliyyə sıxıntıları üzündən tarixinin ən çətin günlərini yaşayan “Manisaspor” hazırda çempionatın autsayderlərindəndir. 18 turdan sonra 11 xalla 17-ci pillədə qərarlaşıblar.

Futbolçular aylardır əməkhaqlarını ala bilmədiyi üçün bu formada rəhbərliyə etirazını bildirib.