Robinyo Superliqaya gəlir

22 Yanvar 2018 23:10 (UTC+04:00)

Məşhur futbolçu Robinyo karyerasını Türkiyədə davam etdirəcək.

Publika.az xəbər verir ki, Braziliya millisinin üzvü “Sivasspor”la anlaşıb.

Son klubu “Atletiko Mineyro” olan 34 yaşlı yarımmüdafiəçi Braziliya klubundan ayrıldıqdan sonra 10 ay klubsuz qalıb. “Sivasspor” transferi rəsmi saytı vasitəsilə də bəyan edib. Sabah Türkiyəyə gələcək ulduz futbolçu Superliqa təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Robinyo 2003-cü ildən formasını geyindiyi Braziliya yığmasının heyətində 100 oyun keçirib, 28 qola imza atıb. (apasport.az)