Aprel döyüşü qəhrəmanının adı əbədiləşdirildi - İki gün öncə dünyasını dəyişmişdi

23 Yanvar 2018 16:02 (UTC+04:00)

AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən polkovnik Rahim Əliyev haqqında “Azərbaycanca Vikipediya”da məqalə yaradılıb.

AMEA Mərkəzi Elmi Kitabxanasından Publika.az-a verilən məlumata görə, Rahim Əliyev I Qarabağ döyüşlərinin iştirakçısı, aprel döyüşlərinin əsas qəhrəmanlarından biridir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, polkovnik Rahim Əliyev 21 yanvar 2018-ci il tarixində təlim mərkəzlərinin birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

https://az.wikipedia.org/wiki/Rahim_%C6%8Fliyev