Kərim Benzemanın gedəcəyi klub açıqlandı

26 Yanvar 2018 15:39 (UTC+04:00)

“Real”ın hücumçusu Kərim Benzema Madrid klubunu tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

İddialara görə, fransalı futbolçu karyerasını ölkəsində davam etdirmək istəyir. Onun buna görə PSJ ilə danışıq aparır.