Çimərlik şəkilləri ilə gündəmə gələn Dilarə Kazımovadan “Yalnız səni gözlədim" - VİDEO

26 Yanvar 2018 15:45 (UTC+04:00)

Son zamanlarda çimərlik şəkilləri ilə gündəmdən düşməyən istedadlı müğənni Dilarə Kazımovadan yeni xəbər var.

Publika.az xəbər verir ki, ifaçı sevənlərini yeni sürprizi ilə təəccübləndirəcəyini açıqlayıb. Qeyd edək ki, bu layihədə Dilarə Kazımovanın tərəf müqabili Murad Arifdir. İki məşhurun birlikdə hazırladığı layihənin nə olduğu isə yaxın günlərdə mətbuata açıqlanacaq. Hələlik isə Dilarə Kazımova layihənin tizerini təqdim edib.