Məğlubiyyətə dözə bilməyən baş məşqçi istefa verdi

27 Yanvar 2018 14:28 (UTC+04:00)

Türkiyə Super Liqası komandalarından olan “Kasımpaşa”nın baş məşqçisi Kamal Özdeş istefa verib.

Publika.az xəbər verir ki, “Kasımpaşa” dünən son iki mövsümün çempionu “Beşiktaş”ın qonağı olub. Matç 2-1 hesabı ilə çempionun xeyrinə başa çatıb.

Matçdan sonra oyunun dəyərləndirilməsi üçün kameralar qarşısına keçən baş məşqçi matç haqqından danışmayacağını və postundan istefa verdiyini açıqlayıb: “Mövsümün əvvəlindən bəri klubun prezidenti oyunumuzdan razı qalmadığını deyir və irad bildirirdi. Bu mübarizədən sonra o, mənə təşəkkür etdi. Mən də futbolçularla danışıb istefa verəcəyimi dedim. Onlardan bu uğurlarını ilin sonuna qədər davam etdrimələrini istədim. Belə bir matçdan sonra futbol haqqında danışmaq istəyərdim, ancaq bunları demək məcburiyyətindəyəm”.

Zümrüd