Dünyanın ən yaşlı qorillası öldü - FOTO

28 Yanvar 2018 08:37 (UTC+04:00)

Dünyanın ən yaşlı qorillalarından biri 60 yaşında ölüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 60 yaşlı Vila ABŞ-ın San-Dieqo zooparkında ömrünü başa vurub.

Bu, 2018-ci ildə ölən ikinci uzunömürlü qorilladır. Yanvarda İngiltərənin Uilşir qaflığında fəaliyyət göstərən Lonqlit zooparkında Niko adlı qorilla 56 yaşında həyatla vidalaşmışdı.

Pərviz