Göyçayda 24 yaşlı oğlan bıçaqlandı

28 Yanvar 2018 17:16 (UTC+04:00)

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Ləkçıplaq kəndində 1994-cü il təvəllüdlü Ülvi Yusifzadə naməlum şəraitdə bıçaqlanıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov