Avtobus yük maşını ilə toqquşdu: 7 ölü, 20 yaralı

29 Yanvar 2018 08:12 (UTC+04:00)

Braziliyanın Dianopolis şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, toqquşma nəticəsində 7 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Avtobusun sürücüsünün sözlərinə görə, qəzaya səbəb əyləc sistemindəki nasazlıq olub.