Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı

30 Yanvar 2018 08:52 (UTC+04:00)

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.

Publika.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmçinin axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Eləcə də, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.