ABŞ-da vertolyot evin üzərinə düşdü - Ölənlər və yaralananlar var

31 Yanvar 2018 08:11 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında vertolyot evə çırpılıb.

Publika.az xəbər verir ki, Nyuport-Biç şəhərində qəzaya uğramış vertolyotun göyərtəsində 5 nəfər olub. Qəza nəticəsində onlardan 1-i həlak olub. Digər şəxslərin taleyi barədə məlumat verilmir.

"Associated Press" isə qəza zamanı 3 nəfərin öldüyünü, daha 2 nəfərin xəsarət aldığını bildirib.

Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.