Artıq çəkidən xilas olmanın TƏHLÜKƏSİZ YOLU

31 Yanvar 2018 23:08 (UTC+04:00)

Köklükdən əziyyət çəkən insanlar arasında əməliyyat yolu ilə arıqlayanların ölüm riski müxtəlif pəhrizlərdən istifadə edənlərlə müqayisədə daha azdır.

Trend-in məlumatına görə, bir qrup israilli alim bu qənaətə gəlib.

Məlumata görə, təcrübələr 2005-ci ildən 2014-cü ilədək 8500-ə yaxın şəxs üzərində aparılıb.

Qeyd olunur ki, müşahidələr əsasən pəhrizlə müalicə olunmağa qərar verən şəxslər üzərində aparılıb.

Məlum olub ki, piylənmənin müalicəsi ilə bağlı əməliyyatlar ölüm riskini azaldır.